“Çelsi”dən “Lids Yunayted”ə
“Brayton”un futbolçusu Fakundo Buonanotte “Çelsi”ni tərk edib. O, Premyer Liqada klubunu dəyişib.
Argentinalı yarımmüdafiəçi “Lids Yunayted”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı oyunçu mövsümün sonunadək icarə əsasında “Lids”in formasını geyinəcək.
Qeyd edək ki, Fakundo Buonanotte mövsümün ilk hissəsini icarə əsasında “Çelsi”də keçirib.












