“Çelsi”dən Kanteyə təklif

“Çelsi”dən Kanteyə təklif

“Çelsi” fransalı futbolçusu Nqolo Kanteni heyətində saxlamağa qərar verib. İngiltərə klubu yarımmüdafiəçi ilə danışıqlar aparır.

Londonlular Kanteyə 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə təklif edib. 31 yaşlı futbolçunun hazırkı anlaşması 2023-cü ilin iyununda başa çatacaq.

Qeyd edək ki, Kante 2016-cı ildən “Çelsi”də çıxış edir. O, 262 oyunda 13 qol və 15 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Vinus “Australian Open”də oynamayacaq

Növbəti yazı

Danimarkada ilin futbolçusu bəlli oldu