“Çelsi”dən darmadağın
ABŞ-da keçirilən klublararası dünya çempionatı davam edir. Baş tutan 4 oyunla C və D qruplarında mübarizə başa çatıb.
“Bavariya”nı 1:0 hesabı ilə məğlub edən “Benfika” C qrupunda 1-ci yeri tutub. Almaniyalılar 2-ci yerlə 1/8 finala yüksəliblər. “Boka Xuniors” – “Oklend Siti” matçında qalib müəyyənləşməyib – 1:1.
Digər qrupun “Flamenqo” – “Los-Anceles” görüşündə də eyni hesab qeydə alınıb. “Esperans”ı 3 cavasız qolla darmadağın edən “Çelsi” isə 2-ci yerə sahib çıxıb.












