“Çelsi”dən “Börnli”yə
“Çelsi”nin futbolçusu Karni Çukvuemeka Premyer Liqada klubunu dəyişə bilər. 21 yaşlı yarımmüdafiəçi ilə “Börnli” yaxından maraqlanır.
Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, “Börnli” Çukvuemeka üçün “zadəganlar”a 20 milyon funt-sterlinq ödəməyə hazırdır.
Qeyd edək ki, Karni Çukvuemeka ötən mövsümün ikinci yarısını icarə əsasında “Borussiya Dortmund”da keçirmişdi.












