“Çelsi”dən antirekord
Premyer Liqada ən çox sarı vərəqə alan klub bəlli olub. “Çelsi” hamıdan çox – 100 xəbərdarlıqla cəzalanıb.
London klubunun futbolçuları bir il əvvəl 108 dəfə sarı vərəqə görüblər. Bununla da “zadəganlar” ardıcıl iki təqvim ilində “100+” xəbərdarlıq alıb. Premyer Liqa tarixində heç bir klub ardıcıl iki dəfə bu qədər cəzalanmayıb.