“Çelsi”dən 35 milyonluq transfer
“Çelsi” heyətinə daha bir futbolçu qatıb. PSV-nin futbolçusu Noni Madueke İngiltərə klubunda çıxış edəcək.
Londonlular transfer üçün 35 milyon avro ödəyib. 20 yaşlı yarımmüdafiəçi ilə 7,5+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Noni cari mövsüm 9 oyun keçirib. Onun hesabına 2 qol var.