“Çelsi”dən 27,5 milyonluq transfer
“Çelsi” heyətinə yeni futbolçu qatır. İngiltərə klubu Lesli Uqoşukvunun transferini razılaşdırıb.
19 yaşlı yarımmüdafiəçi üçün “Renn”ə 27,5 milyon avro ödəniləcək. Fransa gənclər yığmasının üzvü tibbi müayinədən sonra müqavilə imzalayacaq.
Qeyd edək ki, Lesli ötən mövsüm “Renn”də 35 oyun keçirib.