“Çelsi”də yeni müqavilə
“Çelsi” Enzo Fernandeslə müqavilənin müddətini artırıb. Argentinalı yarımmüdafiəçinin sözləşməsi 1 illik daha uzadılıb.
O, 2032-ci ilə qədər London klubuna məxsus olacaq. “Zadəganlar”ın bu ilin əvvəlində rekord məbləğə – 121 milyon avroya heyətə qatdığı 22 yaşlı futbolçu Premyer Liqanın 10 matçında iştirak edib. DÇ-2022-nin qalibi bu oyunlarda 2 məhsuldar ötürmə ilə yadda qalıb.