“Çelsi”də növbəti ayrılıq
“Çelsi” daha bir futbolçusu ilə vidalaşıb. İngiltərə klubunun yarımmüdafiəçisi Kenedi karyerasını İspaniyada davam etdirəcək.
Braziliyalı futbolçu “Valyadolid”ə keçib. O, 2027-ci ilin yayına qədər bu komandanın formasını geyinəcək.