“Çelsi”də mümkün ayrılıq
“Çelsi”də ayrılıq baş verməyə yaxındır. Mixail Mudrik bu yay klubu tərk edə bilər.
23 yaşlı futbolçu rəhbərliyin ümidlərini doğrultmayıb və klub onun çıxışından məyus olub. Ukraynalı cinah oyunçusunun komandaya uyğunlaşmaqda çətinlik cəkdiyi bildirilir. Futbolçunun yayda başqa bir ingilis klubuna icarəyə veriləcəyi iddia olunur.