“Çelsi”də ciddi itkilər
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Çelsi” “Lill”i qəbul edib (2:0). “Zadəganlar”ın iki futbolçusu zədə səbəbindən matçı başa vura bilməyib.
Yarımmüdafiəçilər Mateo Kovaçiç və Hakim Ziyeç əvəzlənməyə ehtiyac duyublar. Xorvatiyalı 51-ci, Mərakeşli isə 60-cı dəqiqədə meydanı tərk edib. Onların hər ikisi oyundan axsayaraq çıxıblar. Zədələrin xarakteri və ciddiyyəti hələ ki məlum deyil.