“Çelsi”də ciddi itki
“Çelsi”də ciddi itki baş verib. Komanda yarımmüdafiəçisi Mateo Kovaçiçi itirib.
Bunu London klubunun baş məşqçisi Tomas Tuxel açıqlayıb. Paytaxt təmsilçisinin çalışdırıcısı bildirib ki, xorvatiyalı orta sahə oyunçusu İngiltərə kubokunun yarımfinalında “Kristal Pelas”la matçda zədələnib. Tuxel qarşılaşmanın 26-cı dəqiqəsində əvəzlənən Kovaçiçin durumunun ürəkaçan olmadığını bildirib. Topuğunda şiş əmələ gələn 28 yaşlı futbolçunun nə zaman yaşıl meydanlara qayıtması müayinənin nəticəsindən asılı olacaq.
Qeyd edək ki, “Kristal Pelas”ı 2:0 hesabı ilə məğlub edən “Çelsi” İngiltərə kubokunun finalında “Liverpul”la qarşılaşacaq.