“Çelsi”də ciddi itki

“Çelsi”də ciddi itki

“Çelsi” UEFA Çempionlar Liqası Liqa mərhələsinin IV turu çərçivəsiində Bakıda “Qarabağ”ın qonağı olacaq. “Zadəganlar” oyuna ciddi itki ilə çıxacaq.

Pedro Neto Bakıdakı matçda komandasına kömək edə bilməyəcək.

Bu barədə komandanın baş məşqçisi Entso Mareska məlumat verib.

Portuqaliyalı vinger Premyer Liqanın X turunda “Tottenhem”lə səfər matçında (1:0) zədələnib.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” qarşılaşması sabah saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

NTD-də ayrılıq

Növbəti yazı

PSJ və “Arsenal”dan qələbə