“Çelsi”də ciddi itki
“Çelsi”də ciddi itki baş verib. Komandanın müdafiəçisi Ben Çilluell zədələnib.
O, uzun müddətə sıradan çıxıb. 26 yaşlı ingiltərəli Liqa Kubokunun “Brayton”la matçında (1:0) bud nahiyəsindən xəsarət alıb. Müdafiəçi təxminən iki aya sağalacaq.
Bu mövsüm Çilluell “Çelsi”nin heyətində bütün turnirlərdə 7 oyun keçirib və bir məhsuldar ötürmə edib.