“Çelsi”də ayrılıq yaşana bilər
“Çelsi”də ayrılıq baş vermək üzrədir. Romelu Lukaku karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
O, danışıqların ikinci mərhələsi üçün Asiya ölkəsinə yollanıb. Kriştiano Ronaldonun da şərəfini qoruduğu “Əl-Nəsr”lə ilkin razılıq əldə edən Lukakunun keçidinin rəsmiləşəcəyi gözlənilir. 30 yaşlı forvard yeni klubunda mövsümdə 25 milyon avro qazanmaq imkanı əldə edib.
Lakin onun keçidinə “Çelsi” ilə müqaviləsi mane ola bilər. 2026-cı ilədək İngiltərə klubuna bağlı olan futbolçu üçün 50 milyon avro tələb olunur. Ərəblər bu məbləğdə güzəştə nail olmaq arzusundadır.