“Çelsi”də ayrılıq
Trevo Çalobah bu yay “Çelsi”ni tərk edə bilər. Müdafiəçi İtaliyadan “Yuventus” və “İnter”in maraq dairəsinə düşüb.
24 yaşlı oyunçunun satışına qarşı çıxmayan zadəganlar gələn təklifləri dəyərləndirməyə çalışırlar. Futbolçuya 20 milyon avro qiymət qoyan London təmsilçisi futbolçunu icarəyə vermək variantını rədd edir.