“Çelsi” və “Mançester Yunayted” dünya çempionunu istəyir
“Aston Villa”da ayrılıq baş verə bilər. Komandanın qolkiperi Emiliano Martinez klubu tərk etmək üzrədir.
Onun xidmətində “Çelsi” və “Mançester Yunayted” maraqlıdır. Hər iki klub yeni qapıçı axtarışındadır və argentinalını ideal namizəd hesab edir. Onun “Aston Villa” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.