“Çelsi” və “Mançester Siti”dən böyükhesablı qələbə
Çempionlar Liqasında 3-cü tura yekun vurulub. İkinci oyun günündə daha 8 qarşılaşma baş tutub.
Günün mərkəzi qarşılaşmasında “Çelsi” “Milan”ı qəbul edib. Görüş meydan sahibərinin qələbəsi ilə yekunlaşıb – 3:0.
“Mançester Siti” “Kopenhagen”ə acımayıb – 5:0. “Sevilya” isə evdə “Borussiya”ya uduzub – 1:4.
Çempionlar Liqası
Qrup mərhələsi, 3-cü tur
5 oktyabr
E qrupu
“Zalsburq” (Avstriya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 1:0
“Çelsi” (İngiltərə) – “Milan” (İtaliya) 3:0
F qrupu
“Leypsiq” (Almaniya) – “Seltik” (Şotlandiya) 3:1
“Real” (İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna) 2:1
G qrupu
“Mançester Siti” (İngiltərə) – “Kopenhagen” (Danimarka) 5:0
“Sevilya” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) 1:4
H qrupu
“Yuventus” (İtaliya) – “Makkabi” (Hayfa, İsrail) 3:1
“Benfika” (Portuqaliya) – PSJ (Fransa) 1:1