“Çelsi” və “Fiorentina”dan qələbə

“Çelsi” və “Fiorentina”dan qələbə

Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Yarışda 4 qarşılaşma baş tutub.

Turnirin favoritlərindən sayılan “Çelsi” Polşa səfərində “Legiya” ilə qarşılaşıb. “Zadəganlar” 3:0 hesabı ilə qalib gələrək, yarımfinala bir addım yaxınlaşıblar.

“Fiorentina” “Selye”nin qonağı olub. İtaliyalılar səfərdə üstün dönüblər. “Betis” isə öz meydanında “Yagelloniya”nı məğlub edib.

“Yurqorden” öz meydanında “Rapid”ə uduzub.

Qeyd edək ki, cavab oyunları aprelin 17-də keçiriləcək.

Konfrans Liqası
1/4 final, ilk oyunlar
10 aprel

“Legiya” – “Çelsi” – 0:3
Qollar: Corc, 49. Madueke, 57; 74
“Betis” – “Yagelloniya” – 2:0
Qollar: Bakambu, 24. Rodriges, 45+2
“Selye” – “Fiorentina” – 1:2
Qollar: Delauier-Chaubet, 67 (p.) – Ranyeri, 27. Mandrqora, 62 (p.)
“Yurqorden” – “Rapid” – 0:1
Qol: Finndell, 62 (p.)

ETOPAZ

Əvvəlki yazı

“Bodo Qlimt”dən qələbə, Fransada bərabərlik

Növbəti yazı

“Qarabağ” 21 pillə gerilədi