“Çelsi” və “Betis” finalın bir addımlığında
Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib. İlk oyunlar çərçivəsində iki qarşılaşma baş tutub.
İspaniyada “Betis”lə “Fiorentina” üz-üzə gəlib. İki güclü komandanın görüşündə ispanlar güclü olublar. Oyun 2:1 hesabı ilə başa çatıb.
“Çelsi” isə “Yurqorden”in qonağı olub. Gözlənidiyi kimi qarşılaşma London klubunun üstünlüyü ilə keçib. “Zadəganlar” inamlı qələbə ilə demək olar ki, finala vəsiqəni təmin ediblər.
Qeyd edək ki, cavab oyunları mayın 8-də keçiriləcək.
Konfrans Liqası
Yarımfinal, ilk oyunlar
1 may
23:00. “Betis” – “Fiorentina” – 2:1
Qollar: Ezzalzuli, 7. Antoni, 64 – Ranyeri, 71
23:00. “Yurqorden” – “Çelsi” – 1:4
Qollar: Alemayahu Mulugeta, 68 – Sanço, 12. Maduke, 43. Cekson, 59; 65