“Çelsi” və “Benfika” 1/4 finalda

“Çelsi” və “Benfika” 1/4 finalda

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir. Bu gün 2 qarşılaşma baş tutub.

“Çelsi” “Borussiya”nı qəbul edib. İlk matçda minimalhesabla qalib gələn dortmundlular görüşə daha ehtiyatlı başlayıb. Hesab 44-cü dəqiqədə açılıb. Rəhim Sterlinq “zadəganlar”ı önə çıxarıb. İngiltərəlilər 2-ci yarıda daha bir qol vurmağı bacarıb. Kay Havertz 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib – 2:0.

“Benfika” isə “Brügge”ni qəbul edib – ilk oyun 2:0. Meydan sahibləri Rafa Silvanın qolu ilə hesabı açıb. Ardından Qonçalo Ramoş dubla imza atıb. Joao Mario penaltidən dəqiq olub. Portuqaliyalıların son topunu isə David Neres vurub. Qonaqların gücü yalnız təsəlli qoluna çatıb. Byorn Meyer adını tabloya yazdırıb – 1:5.

Bununla da, “Çelsi” və “Benfika” 1/4 finala yüksəlib.

ETOPAZ

Əvvəlki yazı

“Alkmaar”dan səfər qələbəsi

Növbəti yazı

Potter ikinci oldu