“Çelsi” və “Arsenal”ın ortaq hədəfi
“Sauthempton”un futbolçusu Romeo Lavia Premyer Liqa nəhənglərinin maraq dairəsinə düşüb. 19 yaşlı yarımmüdafiəçi artıq bu yay klubunu dəyişə bilər.
“Çelsi” belçikalıdan əl çəkmir. Ötən ilin yayında 55 milyon avroluq təklifi rədd edilən London klubu yenidən Laviaya elçi düşüb.
Paytaxtın digər klubu “Arsenal” da Romeonu istəyir. Moyzes Kaysedənu “Brayton”dan transfer edə bilməyən “topçular” hədəfi dəyişib.