“Çelsi” Pulişiçə qiymət qoydu
İngiltərə “Çelsi”si futbolçusu Kristian Pulişiçi satmağa razılıq verib. London klubu ABŞ yığmasının üzvünün transferi qiymətini də müəyyənləşdirib. Premyer Liqa təmsilçisi Puliçin satışından 50 milyon avro qazanmağı planlaşdırır.
Kristian artıq bir neçə klubdan təklif alıb. Onlar arasında “Barselona” da var. Lakin İspaniya klubu “Çelsi”nin tələb etdiyi məbləği vermək gücündə deyil. Pulişiç cari mövsümdə 6 oyunda 2 qol vurub.