“Çelsi” Potterlə razılaşdı

“Çelsi” Potterlə razılaşdı

“Çelsi” klubunun yeni baş məşqçisi müəyyənləşib. Bu vəzifəyə Qrem Potter təyin olunacaq.

“Brayton”un baş məşqçisi ilə görüşən London klubunun nümayəndələri onun şifahi razılığını alıb. Təyinatın qarşıdakı 24 saat ərzində rəsmiləşməsi gözlənilir.

“Çelsi” rəhbərliyi mütəxəssisin həftəsonu “Fulhem”lə qarşılaşmada komandaya rəhbərlik etməsini istəyir. Onun təyinatı üçün “Brayton”a da 10 milyon funt sterlinq ödəniləcək.

ETOPAZ

Əvvəlki yazı

Haaland liderdir

Növbəti yazı

“Leypsiq”də yeni çalışdırıcı