“Çelsi” Osimhen planını ertələdi
“Çelsi” uzun zamandır ki, Viktor Osimheni heyətinə qatmaq istəyir. Lakin klubun onunla bağlı planları dəyişib.
Buna səbəb Enzo Mareskadır. Mütəxəssis nigeriyalının transferini vacib saymır. İngiltərə klubu artıq digər hücumçuların keçidini də nəzərdən keçirir. Londonlular onun üçün 90 milyon avro və Romelu Lukakunu təklif etmək fikrindən də daşınıb.