“Çelsi” müdafiəçisinə yeni müqavilə təklif etmək istəyir
“Çelsi” daha bir futbolçusunu komandada saxlamaq istəyir. Klub müdafiəçisi Ris Ceyms ilə müqaviləsini uzatmağı düşünür.
Rəhbərlik 22 yaşlı ingiltərəliyə 2028-ci ilin yayına qədər sözləşmə təklif etməyə hazırdır. Hazırkı anlaşma 2025-ci ilə qədərdir.