“Çelsi” Lukakunu göndərmək istəmir
“İnter” hücum xəttini gücləndirmək niyyətindədir. İtaliya klubu Romelu Lukakunu icarəyə götürmək üçün “Çelsi”yə təklif göndərib.
Milan təmsilçisi 29 yaşlı belçikalı futbolçu üçün 5 milyon avro təklif edib. Lakin “Çelsi” bunu müsbət cavablandırmayıb. Danışıqlar davam etdiriləcək.