“Çelsi” Kundeni istəyir

“Çelsi” Kundeni istəyir

“Çelsi’ heyətini gücləndirmək niyyətindədir. Klub “Barselona”nın futbolçusu Jül Kunde ilə maraqlanır.

London təmsilçisi 26 yaşlı müdafiəçi üçün 100 milyon avro ödəməyə hazırdır. Lakin fransalı oyunçu Kataloniya klubunda xoşbəxtdir və komandadan ayrılmaq istəmir.

“Barselona” oyunçunun müqaviləsinin müddətini 2030-cu ilin yayınadək uzatmaq niyyətindədir.

Qeyd edək ki, Jül Kunde cari mövsüm bütün turnirlərdə 36 matçda iştirak edib, üç qol vurub və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

De Yonqun “Barselona” arzusu

Növbəti yazı

“Neftçi”də ciddi itkilər