“Çelsi” Konfrans Liqasının qalibi oldu
UEFA Konfrans Liqasının qalibi bəlli olub. Finalda “Betis” və “Çelsi” komandaları üz-üzə gəliblər.
Oyunda hesab erkən açılıb. “Betis” 9-cu dəqiqədə üstünlüyə yiyələnib. “Zadəganlar” ikinci hissədə 4 dəfə fərqləniblər – 4:1.
UEFA Konfrans Liqası
Final
28 may
23:00. “Betis” – “Çelsi” – 1:4
Qollar: Ezzalzuli, 9 – Fernandes, 66. Cekson, 70. Sanço, 83. Kaysedo, 90+1
Vrotslav, “Wroclaw Stadium”