“Çelsi” dünya çempionunu istəyir
“Çelsi” heyətini gücləndirmək niyyətindədir. “Brayton”un yarımmüdafiəçisi Aleksis Mak Allisterlə maraqlanır.
24 yaşlı orta xətt oyunçusu yüksək təklif olduğu halda klubundan ayrılmağa hazırdır. “Zadəganlar” futbolçunu 35-40 milyon funt-sterlinq dəyərində qiymətləndirir. “Qağayılar” onun üçün təxminən 60 milyon funt-sterlinq istəyir.