“Çelsi” Ceksonla anlaşdı
“Vilyarreal”ın futbolçusu Nikolas Cekson “Çelsi”yə keçəcək. İngiltərə klubu hücumçunun keçidini razılaşdırıb.
Transfer bu yay gerçəkləşəcək. Ceksonun müqaviləsində sərbəstqalma məbləği 35 milyon avrodur. İngiltərə klubu bu rəqəm qarşılığında keçidi həll edəcək.
Onun ispaniyalılarla anlaşması 2026-cı ilin yayında bitəcək. 21 yaşlı seneqallı ötən mövsümün 38 matçında 13 qol vurub.