“Çelsi”, “Betis” və “Fiorentina” yarımfinalda

“Çelsi”, “Betis” və “Fiorentina” yarımfinalda

Konfrans Liqasında yarımfinalçılar müəyyənləşib. Turnirin 1/4 final mərhələsinin cavab qarşılaşmaları bu gün keçirilib.

“Fiorentina” doğma meydanda “Sele” ilə qarşılaşıb. Matç 2:2 hesablı bərabərliklə nəticələnib. Bununla da, İtaliya təmsilçisi yarımfinala yüksəlib.

“Betis” Polşada “Yagelloniya” ilə görüşüb. Ümumi hesabda rəqibini üstələyən ispaniyalılar yarımfinala vəsiqə qazanıb.

“Çelsi” “Legiya” ilə üz-üzə gəlib. İngiltərə təmsilçisi məğlub olsa da, adını növbəti mərhələyə yazdırıb.

UEFA Konfrans Liqası
1/4 final mərhələsi, cavab görüşləri
“Fiorentina” – “Sele” 2:2
İlk oyun – 2:1.

“Yagelloniya” – “Betis” 1:1
İlk oyun – 0:2.

“Çelsi” – “Legiya” 1:2
İlk oyun – 3:0.

“Rapid” – “Yurqorden” 1:4
İlk oyun – 1:0.

ETOPAZ

Əvvəlki yazı

Dürant “Finiks”i tərk edəcək

Növbəti yazı

“Tottenhem” və “Yunayted” növbəti mərhələdə