“Çelsi” Alvaresi istəyir
“Çelsi” meksikalı futbolçu Edson Alvaresin transferində israrlıdır. Londonlular oyunçunu heyətinə qatmaq üçün yenidən “Ayaks”a təklif göndərməyə hazırlaşır.
Hər iki klub qış transfer pəncərəsində meksikalının “zadəganlar”a keçidini rəsmiləşdirmək üçün danışıqlara başlamağa hazır olacaq. Yarımmüdafiəçinin özü transferinin bu yay baş tutmamasından son dərəcə məyusdur.