“Çelsi” Ake ilə razılığa gəldi
“Çelsi” “Mançester Siti”nin müdafiəçisi Natan Akeni istəyir. Artıq klub onunla ilkin razılığa gəlib.
“Şəhərlilər” 27 yaşlı hollandiyalının London klubu ilə danışıqlarından xəbərdar olsalar da, hələ də rəsmi transfer təklifini gözləyirlər. “Mançester Siti”nin müdafiəçi üçün 40-45 milyon funt-sterlinq almaq istədiyi qeyd edilir.