“Çelsi” 2018-ci ildən sonra ilk dəfə
“Çelsi” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Real”a uduzub (1:3). Tomas Tuxelin yetirmələri aprelin 2-də Premyer Liqada “Brentford”a da uduzub (1:4).
Komanda keçirdiyi son 2 ev matçında 7 qol buraxıb. Hər iki qarşılaşmada qapını Eduard Mendi qoruyub.
“Zadəganlar” 2018-ci ildən sonra ilk dəfə ardıcıl 2 matçda ümumi 7 qol buraxıb. Komanda əmin ilin yanvar-fevral aylarında Premyer Liqada “Bornmut” (0:3) və “Uotford”a (1:4) məğlub olmuşdu.