Cekson “Barselona”nın hədəfində
“Barselona” “Çelsi”nin hücumçusu Nikolas Ceksonla maraqlanır. Kataloniya klubu Robert Levandovskinin yerinə hücumçu axtarır. “Çelsi” futbolçunu satmaq istəyir, lakin “Barselona” seneqallı futbolçunun icarəyə götürülməsi variantını nəzərdən keçirmək istəyir.
Cekson son mövsümdə London klubunun heyətində 37 matçda 19 qol vurub. Onun “Çelsi” ilə müqaviləsi 2033-cü ilə qədərdir.












