Cekodan tarixi uğur
“Fiorentina”nın hücumçusu Edin Ceko UEFA Konfrans Liqası tarixinə düşüb. 39 yaşlı forvard turnirdə qol vuran ən yaşlı futbolçu adını qazanıb.
Təcrübəli hücumçu komandasının ötən gün Avstriya təmsilçisi “Rapid”lə keçirilən görüşündə fərqlənib.
Qeyd edək ki, “Fiorentina” səfərdə rəqibini 3:0 hesabı ilə məğlub edib.












