Ceko rəsmən “Şalke”də
“Şalke” heyətini təcrübəli hücumçu ilə gücləndirib. Edin Ceko Almaniyanın II Bundesliqa təmsilçisinə transfer olunub.
Bunu klubun mətbuat xidməti açıqlayıb. 38 yaşlı forvardla mövsümün sonuna qədər – yarım mövsümlük müqavilə imzalanıb.
Qeyd edək ki, o, cari mövsümün ilk yarısını İtaliyanın “Fiorentina” komandasında keçirib.












