Çeferin Superliqa məsələsini qınadı
Bu gün “Yuventus” klubunun baş məşqçisi Andrea Anelli Superliqa məsələsini yenidən gündəmə gətirib. O, 20 iştirakçı və iki divizionla yeni layihələrini təqdim edəcəklərini bildirib.
UEFA-nın rəhbəri Aleksandr Çeferin layihənin yenidən başlaması ilə bağlı yayılan xəbərlər fonunda danışıb. O, Avropa Superliqasının təşkilatçılarını qınayıb:
“Əvvəlcə onlar bu gülünc ideyanı pandemiyanın ortasında işə saldılar. İndi isə bunu hərbi böhran zamanı yenidən etməyi planlaşdırırlar. Görünür, onlar paralel reallıqda yaşayırlar”.