Cavid Hüseynov istefaya göndərildi

Cavid Hüseynov istefaya göndərildi

“Sabail” baş məşqçisi Cavid Hüseynovu istefaya göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bu gün Azərbaycan Premyer Liqasında XXVII tur çərçivəsində keçirilən oyunda “Səbail” “Neftçi”yə 2:1 hesabı ilə məğlub olub. Bu, klubun cari mövsümdə 17-ci məğlubiyyəti olub.

37 yaşlı mütəxəssis ötən ilin noyabr ayında “dənizçilər”in baş məşqçisi təyin olunmuşdu.

Qeyd edək ki, “Səbail” hazırda turnir cədvəlində 18 xalla sonuncu – 10-cu yerdə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

“Sumqayıt” səfərdə 3 xal qazandı

Növbəti yazı

“Sumqayıt”dan 400-cü qol