Castin Luis zədələndi
“Çikaqo”da itki baş verib. Komandanın gənc oyunçusu Castin Luis zədələnib.
O, qeyri-müəyyən müddətə sıradan çıxıb. Basketbolçu sağ dizindən aldığı xəsarət səbəbindən əməliyyat olunacaq.
20 yaşlı forvard 2022-ci il draftında seçilməsə də, “Bulls” onunla ikitərəfli müqavilə imzalayıb. Luisin əsas komandada fəal iştirak edəcəyi gözlənilir.