Çarlz Barklinin uğuru təkrarlandı

Çarlz Barklinin uğuru təkrarlandı


NBA-nın növbəti oyun günündə “Filadelfiya” “Nyu-York”u 103:96 məğlub edib. “Siksers”in mərkəz oyunçusu Andre Drammond görüşün qəhrəmanı olub. Qarşılaşmaya karantində olan Coel Embiidin yerinə start heyətdə başlayan basketbolçu, 14 xal qazanıb və 38 dəqiqə ərzində 25 ribaund edib.

O, son 34 ildə “Siksers”in heyətində bir oyunda ən çox ribaund edən oyunçu olub. Həmin uğura sonuncu dəfə 1987-ci ildə əfsanəvi Çarlz Barkli nail olub.

Klub rekordu isə Uilt Çemberleynə məxsusdur. O, bir matçda 43 ribaundla yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Ramos məşqlərə start verdi

Növbəti yazı

“Yuventus”un hücum planı