Cared “Leykers”in təklifini qəbul etmədi

Cared “Leykers”in təklifini qəbul etmədi

“Leykers” ötən mövsümün sonunda karyerasını başa vuran Cared Dadliyə klubda vəzifə təklif edib. Ona Los-Anceles təmsilçisində şərhçi vəzifəsi vəd olunub.

Sabiq hücumçu bu təklifi qəbul etməyib. O, “Dallas”da baş məşqçi Ceyson Kiddin köməkçisi olmağa üstünlük verib.

Cared bu ilin yayında 2019-cu ildən çıxış etdiyi “Leykers”dən yeni müqavilə təklifi almadıqdan sonra karyerasını başa vurub. O, son iki mövsümdə 57 matçda orta hesabla 1,3 xal toplayıb. Dadli 2019/20 mövsümündə NBA-nın çempionu adını qazanıb.

ETOPAZ

Əvvəlki yazı

“Napoli” hücumçusuna qiymət qoydu

Növbəti yazı

Dünya çempionu “Əl-Rəyyan”da