Canni İnfantino Boris Consona müraciət etdi
İngiltərə Premyer Liqasının klublarının milli üzvləri qırmızı siyahıda olan ölkələrə buraxmaması barədə qərarı FİFA-nı da hərəkətə gətirib. Qurumun prezidenti Canni İnfantino Böyük Britaniyanın baş naziri Boris Consona müraciət ünvanlayıb. O, klubların futbolçuları DÇ-2022-nin seçmə mərhələsinin matçlarına buraxmasını xahiş edib: “Mən AVRO-2020-nin həlledici oyunlarında istifadə olunan
yanaşmanı təklif etdim”.
AVRO-2020 zamanı VİP statusa malik şəxslər başqa ölkəyə getdiyi zaman karantinə alınmadan oyunları izləmək imkanı qazanmışdı. Lakin həmin şəxslər Böyük Britaniyada 24 saatdan artıq qalmamalı, müəyyən olunmuş marşrutdan çıxmamalı idi: “Hər assosiasiya, hər liqa, hər klubu həmrəylik göstərməyə çağırıram. Beynəlxalq turnirlər üçün düzgün və ədalətli olanı etməliyik”.