Canni de Byazi: “Sonadək mübarizə apardıq”
AVRO-2024-ün seçmə mərhələsi sona çatır. Millimiz Belçikaya uduzub – 0:5.
Matçdan sonra yığmamızın çalışdırıcısı Canni de Byazinin mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:
“Oyundan əvvəl dediyim kimi, ağır oyun gözləyirdi bizi. Elə də oldu. Güclü rəqibə qarşı mübarizə apardıq. Üç gündən bir oynamaq bizə çətindir. Seçmə mərhələdə az xal yığsaq da, sonadək mübarizə apardıq. Bu gün 10 nəfərlə oynamaq çətin idi. Uşaqlar bundan artığını edə bilməzdilər”.