Canni de Byazi: “Püşkün məhz belə nəticələnməsini istədiyimizi desək, doğru olmazdı”

Canni de Byazi: “Püşkün məhz belə nəticələnməsini istədiyimizi desək, doğru olmazdı”

Bu gün Almaniyanın Frankfurt şəhərində AVRO-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi püşkü dəyərləndirib:

“Əlbəttə, püşkün məhz belə nəticələnməsini istədiyimizi desək, doğru olmazdı. Asan qrup deyil. Rəqiblərimizi ayrı-ayrılıqda dəyərləndirməli olsaq, təbii ki, qrupun aşkar favoriti Belçika millisidi. Eyni zamanda, digər iki komandanı – İsveç və Avstriya millilərini də xüsusi qeyd etməliyik. Belə güclü rəqiblərlə rəqabət apara bilmək üçün daha artıq çalışmalı, daha çox fədakarlıq etməliyik”.

e-Topaz

Əvvəlki yazı

“Mançester Yunayted” Ronaldonu satmağa hazırdır

Növbəti yazı

“Mayami”də yeni müqavilə