Canni de Byazi: “Meydanda bütün gücümüzü ortaya qoymalıyıq”

Canni de Byazi: “Meydanda bütün gücümüzü ortaya qoymalıyıq”

Sabah millimiz növbətini matçını keçirəcək. Yığmamız Moldova ilə qarşılaşacaq.

Oyundan öncə komandamızın baş məşqçisi Canni de Byazinin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Hər iki oyun bizim üçün vacibdir. 17 ay öncə burada uduzmuşduq. Dünən futbolçularla bu barədə söhbətimiz oldu. Türkiyə və Belarusla oyundan sonra buraya rahat gəlmişdik. Onda yanaşma yaxşı deyildi. Meydanda bütün gücümüzü ortaya qoymalıyıq. İnkişaf etmək, inam qazanmaq üçün çox çalışmalıyıq. AÇ-nin seçmə mərhələsinə 122 gün qalıb. Hazırda düşərgədə 26 futbolçu var. Bu futbolçular bizə seçmə mərhələdə kömək edə bilərlər. Millinin qapısı hamı üçün açıqdır. Amma bağlana da bilər. Son vaxtlar işlərimiz yaxşı gedir, ardıcıl üç qələbə qazanmışıq. Buna görə sevinirəm. Əsas odur yaxşı ki, nəticələrdən sonra razı qalmayaq”.

ETOPAZ

Əvvəlki yazı

Fifa DÇ-2022-dən 4 milyard 666 milyon qazanacaq

Növbəti yazı

Emin Mahmudov: “İnanıram ki, sabah məqsədimizə çatacağıq”