Canni de Byazi: “Mən komandama güvənirəm”

Canni de Byazi: “Mən komandama güvənirəm”

Azərbaycan millisi sabah AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək. Yığmamız səfərdə İsveçlə görüşəcək.

Qarşılaşmadan öncə baş məşqçi Canni De Byazinin mətbuat konfransı keçirilib. İtaliyalı mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

“İsveçi yaxşı analiz etmişik, hansı sistemlə oynadığını bilirik. Heyətində İbrahimoviç, Kuluşevski kimi məşhur oyunçular var. İsveçin ilk oyunda Belçikaya məğlub olması komanda üzərində təzyiq yaradıb. Reytinqdə 23-cü yerdə gedən komandaya qarşı oynayacağıq.  Təbii ki, özümüzdən çox şey asılıdır. Mən komandama güvənirəm. Həyatda nəyəsə nail olmaq istəyirsənsə, çox çalışmaq lazımdır. Şərəflə əlimizdən gələni etməyə çalışacağıq. Son matçdan dərs çıxarmalı, sabah ən yaxşı oyunumuzu göstərməliyik. Öz yolumuzla getməyə davam edəcəyik”.

ETOPAZ

Əvvəlki yazı

Kurtua millinin düşərgəsini tərk etdi

Növbəti yazı

Bəhlul Mustafazadə: “İnkişaf etdiyimizi düşünürəm”