Canni de Byazi ilə yollar ayrıldı
Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi ilə müqavilənin müddəti uzadılmayacaq. Bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsində verilib.
Bu gün keçirilən fövqəladə iclasda italiyalı mütəxəssisin hesabatını dinləyən komitə onun gələcək taleyini müzakirə edib. AFFA rəhbərliyi və De Byazi müqavilənin uzadılmaması barədə ortaq qərar veriblər.