Canni de Byazi: “Biz də oyunumuzu tapmışıq”

Canni de Byazi: “Biz də oyunumuzu tapmışıq”

AVRO-2024-ün seçmə mərhələsinin Belçika – Azərbaycan oyunu ərəfəsində millimizin baş məşqçisi Canni De Byazinin mətbuat konfransı keçirilib. İtaliyalı mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

“Fikrimcə, komandamız bu günə qədər yaxşı mərhələ keçib. Komanda bütün oyunlarda meydanda tam gücünü qoyub, yaxşı keyfiyyət göstərib. Bu baxımdan çox yaxşı inkişaf etmişik. Yalnız son oyunda qazandığımız nəticə barədə düşünməməliyik. Sabah da eyni uğuru təkrarlamağa çalışmalıyıq. Güclü komandaya qarşı oynayacağıq. Əlimizə düşən imkanlardan maksimum yararlanmalıyıq. Belçika yığmasının Domeniko Tedesko kimi yaxşı məşqçisi var. Fikrimcə, biz də oyunumuzu tapmışıq. Ötən dəfə də qeyd etmişdim ki, biz Avstriya və Belçikaya qarşı yaxşı oynamışdıq. Sadəcə, fərq onda oldu ki, həmin oyunlarda şanslarımızdan yararlana bilmədik. İsveçlə görüşdə isə bunu bacardıq”

ETOPAZ

Əvvəlki yazı

Superkubok harada keçiriləcək?

Növbəti yazı

Emin Mahmudov: “Nəticə qazanmaq istəyirik”